Toxuncaq

Uşaqlarımız təhlükəsiz və gözəl oyuncaqlara layiqdir, bu səbəbdən də toxuncaqlarımızın bütün detallarına və onların hazırlanmasında istifadə edilən materiallara diqqət yetirilir. Hazırladığımız toxuncaqlar hippoalergendir və qarışıq pambıq və akril iplərdən, sentipondan, plastmass detallardan hazırlanır. İstifadə edilən materiallar kiçik körpələrin əlləri üçün yumşaqdır, və eyni zamanda toxuncaqlar kifayət qədər möhkəm toxunubdur. Toxuncaqlarımızın dizaynı və rəngləri uşaqlara xoş təsir bağışlayır, və onların ən sevimli dostuna çevriləcəkir.

Sevgi ilə toxunub

Toxuncaq bir dostluq və birlik markasıdır. Keyfiyyətli əl işlərinə və zəhmətə olan sevgimiz, hörmətimiz Toxuncaqları möhtəşəm edən əsas amildir. Toxuncaqlarımız gözəl dizayn olunur və keyfiyyətli iplər ilə hazırlanır. Markamızın "Sevgi ilə toxunub" şüarı bizim qəlbimizdədir.

Körpələrimizin yaşadığı dünyaya əl işlərimiz ilə sevgi və sevinc gətirmək istəyirik. Toxuncaqlarımız ətraf mühitə heç bir ziyan vermir .

Dürüstlüyə, şəffaflığa və mükəmməl müştəri qayğısına inanırıq, və buna görə hər hansı bir sualınız yaranarsa tərəddüd etmədən bizə müraciət edin. Sizin fikirlərinizi bilmək istərdik.

Toxuncaqları hazırlamağı çox sevirik, sizin və körpələrinizin də onları sevəcəyinə inanırıq!

Üstünlüklərimiz.

Biz daim öz üzərimizdə çalışırıq, ki uşaqları yeni toxuncaqlar ilə sevindirək və məhsullarımızı əldə etmək sizlər üçün rahat olsun.

#

Kredit Kart Dəstək

#

Onlayn Sifariş

#

Pulsuz çatdırılma

#

+Qablaşdırma